"Liverpul"dan yeni həmlə

"Liverpul" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Gazeta do Urubu"ya istinadən xəbər verir ki, "Vulverhempton"un brazilyalı futbolçusu Joao Qomes karyerasını "Liverpul"da davam etdirməyə yaxındır.

Merisayd klubu yayda Qomes üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, 24 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qomesin "Vulverhempton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.