"Liverpul"dan "Yuventus"a keçir

"Liverpul"un brazilyalı kiperi Alisson Beker yayda komandasını dəyişəcək.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" 33 yaşlı qapıçı heyətinə qatmaq üçün hərəkətə keçib.

Sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 34 matçda qapısında 36 top görüb.

Qeyd edək ki, A.Bekerin dəyəri 17 milyon avrodur.