“Liverpul”u “Əl-Hilal”a dəyişə bilər
“Liverpul”un uruqvaylı futbolçusu Darvin Nunyes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az “Anfield Watch” nəşrinə istinadən xəbər verir ki, “Əl-Hilal” klubu D.Nunyesə həftəlik 400.000 avro maaş təklif edib.
Nunyes “Liverpul”da həftəlik 140.000 avro maaş alır.
Qeyd edək ki, 25 yaşlı forvard bu təklifi dəyərləndirəcək.
Onun “Liverpul”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Nunyes cari mövsüm çıxış etdiyi 26 matçda 4 qol və 4 asistlə yadda qalıb.