"Liverpul"u "Tottenhem"ə dəyişmək üzrədir

"Liverpul"un sol cinah müdafiəçisi Endru Robertson yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Tottenhem" şotlandiyalı oyunçunu azad agent kimi heyətinə qatmaq istəyir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Robertson cari mövsüm meydana çıxdığı 32 matçda 2 qol, 2 asistlə yadda qalıb.