"Liverpul"un 15 yaşlı futbolçusu atasının təkidi ilə "Arsenal"a keçə bilər
"Liverpul"un 15 yaşlı sağ cinah vingeri Coşua Abe "Arsenal"a transfer ola bilər.
Sportline.az xəbər verir ki, futbolçunun atası "Arsenal"a azarkeşlik edir. Oğlununda bu kluba keçməsini istəyir.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Coşua Abe bu mövsüm meydana çıxdığı 5 matçda 2 qol, 2 asistlə yadda qalıb.