“Liverpul”un 2 müdafiəçisi “Qarabağ”la oyunu buraxacaq

"Liverpul" UEFA Çempionlar Liqası qrup mərhələsinin 8-ci turunda "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, İngiltərə klubunun müdafiəçiləri Co Qomes və İbrahima Konate komandaya dəstək ola bilməyəcək. Bu barədə baş məşqçi Arne Slot açıqlama verib.

Qomes Premyer Liqanın 23-cü turunda "Bornmut"la matçda (2:3) zədələnib, Konatenin isə atası vəfat edib və buna görə baş məşqçi ona icazə verib.

Qeyd: "Liverpul" - "Qarabağ" görüşü bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.