“Liverpul”un əsas hədəfi bəlli olub

“Lion”un fransalı futbolçusu Rayan Çerki mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” R.Çerkini transfer etməkdə israrlıdır.

Mersisayd klubu 21 yaşlı yarımmüdafiəçi üçün “Lion”a 30 milyon avro ödəməyə hazırdır.

Çerki “Liverpul”a keçməyə müsbət baxır.

Qeyd edək ki, onun “Lion”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.