"Liverpul"un futbolçusu zədələnib
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin “Liverpul” klubu daha bir ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Rio Nqumoha zədələnərək sıradan çıxıb.
17 yaşlı futbolçu Federasiya Kubokunun 1/32 final mərhələsində “Barnsli”yə qarşı keçirilən və “Liverpul”un 4:1 hesablı qələbəsi ilə başa çatan oyunda xəsarət alıb.
Oyunçu qarşılaşmanın 73-cü dəqiqəsində baldır nahiyəsində hiss etdiyi narahatlıq səbəbindən əvəzlənib.
Qeyd edək ki, “Liverpul”la “Qarabağ” komandaları yanvarın 29-da üz-üzə gələcək.