"Liverpul"un gözü "Bavariya"nın futbolçusuna düşüb

"Liverpul" "Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmixi transfer etmək niyyətindədir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Kimmixi mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Kimmix "Bavariya" ilə yeni müqavilə imzalamaq istəmir.

Qeyd edək ki, 29 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 50 milyon avrodur.