"Liverpul"un gözü "Lids Yunayted"in futbolçusuna düşüb

"Liverpul" "Lids Yunayted"in futbolçusu Jaka Bijolu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Transferdot.com" saytı məlumat yayıb.

27 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 17 matçda 1 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, J.Bijolunun dəyəri 18 milyon avrodur.