“Liverpul”un hədəfi odur

"Liverpul" yay transfer pəncərəsində heyətinə yeni oyunçular cəlb etməyi planlaşdırır.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, istinadən xəbər verir ki, "qırmızılar" "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uartonu rənglərinə bağlamaq istəyir.

Alınan uğursuz nəticələrə baxmayaraq, yollarına Arne Slotla davam etmək qərarına gələn Mersisayd təmsilçisinin rəhbərliyi yarımmüdafiə və hücum xəttinə bir neçə futbolçu cəlb edəcək.

Komandanın 22 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Adam Uarton "Blekbörn"ün yetirməsidir.