"Liverpul"un oyunçusu "Tottenhem"ə keçməyə yaxındır

"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons karyerasını "Tottenhem"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

24 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, K.Consun Mersisayd təmsilçisi ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.