“Liverpul”un yeni hədəfi
İngiltərə Premyer Liqasının lideri “Liverpul” Almaniya nəhəngi “Borussiya Dortmund”un ulduz oyunçusu Kərim Adeyimini transfer etməyə çalışır.
Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, "Liverpul" rəhbərliyi “Dortmund”un 22 yaşlı cinah hücumçusu Kərim Adeyemi üçün 50 milyon avro ödəməyə hazırdır.
“Dortmund” rəhbərliyi isə, Adeyemi üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Adeyemi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 8 matçda 5 qol və 3 asistlə yadda qalıb.