"Liverpul"un yeni hədəfi

"Liverpul"un yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez "Liverpul"un transfer siyahısında yer alıb.

Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Kerkezin "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.