Livramento London nəhənginə keçir
"Nyukasl Yunayted"in sağ cinah müdafiəçisi Tino Livramento "Arsenal"ın diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu "topçular"a keçməyə razıdır. Lakin "sağsağanlar" ingiltərəli oyunçunu satmaq niyyətində deyil.
London klubu bu keçid üçün 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, T.Livramento bu mövsüm meydana çıxdığı 26 matçda 1 asistlə yadda qalıb.