Livramento “Nyukasl”dan ayrıla bilər
“Nyukasl Yunayted”in mərkəz müdafiəçisi Tino Livramento yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, “Mançester Yunayted”, “Arsenal” və “Mançester Siti” klubları ingiltərəli stopperlə yaxından maraqlanır.
Bu haqda “The Daily Briefing” nəşri məlumat yayıb.
Qeyd edək ki, Livramentonun transfer qiyməti 40 milyon avrodur.