Livramentonun transfer qiyməti bəlli olub

“Nyukasl Yunayted”in sağ cinah müdafiəçisi Tino Livramentonun transfer qiyməti bəlli olub.

Sportline.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.

İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 19 matçda 1 asistlə yadda qalıb.

Qeyd edək ki, T.Livramento ilə “Arsenal” və “Mançester Siti” yaxından maraqlanır.