Loftus Çik "Latsio" yolunda

"Milan"ın ingiltərəli yarımmüdafiəçisi Ruben Loftus-Çik "Latsio"nun maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Transferdot.com" saytı məlumat yayıb.

29 yaşlı futbolçu "Milan"dan ayrılmaq fikrinə müsbət yanaşır.

Qeyd edək ki, "Latsio" bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.