Loftus Çik Roma klubuna keçə bilər
"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus Çik yanvar ayında komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Latsio" 29 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır.
Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Loftus Çik cari mövsüm çıxış etdiyi 17 matçda 1 qol, 1 asistlə yadda qalıb.