"Lokomotiv" beynəlxalq fasilədə Belarus klubu ilə qarşılaşacaq

Oktyabrda yaranacaq beynəlxalq fasilədə Moskvanın "Lokomotiv" klubu Belarusda yoldaşlıq oyunu keçirəcək.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, dəmiryolçular rəqibi ölkənin ən titullu klubu BATE olacaq. Matç oktyabrın 12-də Borisov Arenada keçiriləcək.

Xatıradaq ki, "Lokomotiv" sentyabr ayında Belasusun "Torpedo" klubu ilə qarşılaşmış və görüş 2-0 hesabı ilə Rusiya klubunun xeyrinə yekunlaşmışdı.

Qeyd edək ki, "Lokomotiv" Rusiya Premyer Liqasında 8 turdan sonra 18 xalla 3-cü yeri tutur.