"Lokomotiv" "Valero"u məğlub etdi
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində görüşlər davam edir.
SportLine.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz "Lokomotiv" İsveçrənin "Valero" klubunu qəbul edib. Cari mövsümdə keçirdiyi bütün görüşlərdən qalib ayrılan "Valero" ilə mübarizə heç də asan keçməyib. Gərgin anlarla yadda qalan matçda qalibin adına tay-brekdə aydınlıq gəlib.
Çempionlar Liqası
1/6 final, ilk oyun
10 fevral
“Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)