London klubu Şeşko üçün elçi düşüb

“Leipziq”in sloveniyalı futbolçusu Benjamin Şeşko karyerasını “Dumanlı Albion”da davam etdirə bilər.

Sportline.az “The Sun Football”a istinadən xəbər verir ki, “Arsenal” Şeşko üçün “Leipziq”ə rəsmi təklif göndərib.

Almaniya klubu 21 yaşlı futbolçuya görə qarşı tərəfdən 50 milyon avro tələb edib.

Qeyd edək ki, Şeşko cari mövsüm çıxış etdiyi 25 matçda 13 qol və 3 asistlə yadda qalıb.