London qırmızı rəngə büründü

İngiltərə Premyer Liqasında 29-cu turun mərkəzi matçı "Emirates Stadium"da keçirilib.

Sportline.az xəbər verir ki, London derbisində "Arsenal" "Çelsi"ni qəbul edib. Görüş "Arsenal"ın minimal hesablı üstünlüyü ilə başa çatıb.

"Arsenal" 1:0 "Çelsi"

Qol: Mikel Merino, 20

Qeyd edək ki, "Arsenal" 58 xalla 2-ci pillədə yer alıb. "Çelsi" isə 49 xalla 4-cü yerdədir.