"Los Anceles" "Tottenhem"ə 27 milyon dollar ödəyəcək

“Los Angeles” klubu transfer rekordunu qırmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, klub “Tottenhem”in cənubi koreyalı ulduzu Son Hın-minin transferi üçün 27 milyon dollar ödəməklə MLS tarixinin ən bahalı keçidini reallaşdıracaq.

Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Bundan əvvəl rekord “Atalanta Yunayted”ə məxsus idi – klub Emmanuel Latte Lat üçün 22 milyon dollar ödəmişdi.