Luis Enrike Türkiyədə?
Rıza Çalıbayla yollarını ayıran "Antalyaspor" baş məşqçi axtarışına başlayıb. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Barselona"nın sabiq çalışdırıcısı Luis Enrikeni komandaya gətirmək niyyətindədir.
Artıq danışıqlara başlayan klub rəhbərliyinin mütəxəssislə ilkin razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, "Antalyaspor"un heyətində Samuel Eto'o, Samir Nəsri və Jeremi Menez kimi ulduz futbolçular çıxış edir