Luiz Diaz bu kluba transfer olmaq istəyir

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz klubdan ayrılmaq istəyir.

Sportline.az "Antena 2"yə istinadən xəbər verir ki, Luiz Diaz "Barselona" klubuna transfer olmaq niyyətindədir. Bu səbəbdən "Liverpul"la yeni müqavilə imzalamayacaq.

"Barselona"ın rəhbərliyi L.Diaz üçün mövsümün sonunda rəsmi təklif göndərəcək.

27 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Luiz Diazın hazır ki dəyəri "Transfermarkt" portalına görə 85 milyon avrodur.

O cari mövsüm çıxış etdiyi 22 matçda 9 qol və 2 asistlə yadda qalıb.