Luiz Diaz "Liverpul"un təklifini rədd edib
"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, L.Diaz "Liverpul"un yeni müqavilə təklifini qəbul etməyib.
Oyunçu "Barselona"ya transfer olmaq istəyir. Mersisayd klubu Luiz Diazın transfer qiymətini 90 milyon avro olaraq təyin edib.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 12 qol və 3 asistlə yadda qalıb.
Luiz Diazın "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.