Luiz Enrike "Mançester Yunayted"in baş məşqçisi olacaq?
"Mançester Yunayted"in rəhbərliyi klubun sükanı arxasına ispaniyalı mütəxəsis Luiz Enrikeni gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.
55 yaşlı baş məşqçi hazırda PSJ-nin sükanı arxasındadır.
Qeyd edək ki, L.Enrikenin Paris təmsilçisi ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.