Luiz Benedettini Avropanın nəhəng klubları transfer etmək istəyir
"Palmeyras"ın brazilyalı stopperi Luiz Qustavo Benedetti Avropa nəhəng klublarının maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, "Arsenal", "Barselona" və "Napoli" 19 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Benedetti bu mövsüm meydana çıxdığı 18 matçda rəqib qapılarından 2 top keçirib.