Luka Donçiç NBA-nın unikal göstəricisinə imza atıb

"Dallas Məveriks"in basketbolçusu Luka Donçiç NBA-nın final seriyasında tripl-dabl edən ən günc oyunçu kimi tarixə düşüb.

Sportline.az xəbər verir ki, Donçiç bu göstərici ilə yanaşı 30 xal toplamaqla da alqışları qazanıb.

Bu haqda "StatMuse" statistika xidməti məlumat yayıb.

Qeyd edək ki, Luka Donçiç "Boston Seltik"lə final seriyasının oyununda tripl-dabla imza atıb.

Sloveniyalı basketbolçu həmin oyunda 32 xal, 11 ribaund, 11 asistlə yadda qalıb.

Görüş isə, 105:98 hesabı ilə "Boston"un xeyrinə başa çatıb. 

İndi seriyada hesab 2-0 bostonluların xeyrinədir.