Luka Modriç bir ilkə imza atıb
Luka Modriç A Seriyası tarixində ən yaşlı debütant oldu.
Sportline.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi İtaliya A Seriyasının I turunda keçirilən və hazırda davam edən "Milan" – “Kremoneze” (1:2, ikinci hissə) qarşılaşmasında start heyətində meydana çıxaraq debüt edib.
Modriç debütünü 39 yaş 11 ay 14 günlük olarkən gerçəkləşdirərək A Seriyası tarixində ən yaşlı debütant kimi tarixə düşüb.
Qeyd edək ki, təcrübəli futbolçu bu yay “Real Madrid”lə müqaviləsinin sona çatmasından sonra “Milan”a transfer olunub.