Lukaku "Bavariya" və "Yuventus"la oyunu buraxacaq

"İnter"in futbolçusu Romelu Lukaku yenidən zədələnib.

Sportline.az xəbər verir ki, bu barədə klubn rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu sabah Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Bavariya" ilə, A seriyasında isə noyabrın 6-da "Yuventus"la matçı buraxacaq. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, bu, Lukakunun 2022/23 mövsümündə artıq 2-ci zədəsidir. O, omba zədəsi səbəbində sentyabr ayında və oktyabr ayının böyük hissəsində oynaya bilməyib.

Banner