Lukas Dinye “Milan”a keçə bilər

"Aston Villa"nın sol cinah müdafiəçisi Lukas Dinye  karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Milan" sözü gedən futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Bu haqda "Milanlive" nəşri məlumat yayıb.

Qeyd edək ki, L.Dinye cari mövsüm meydana çıxdığı 9 matçda 1 asistlə yadda qalıb.

Onun hazırki dəyəri "Transfermarkt" portalına görə, 10 milyon avrodur.