Lukman "Atalanta"dan ayrılmaq istəyir

"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman yanvar ayında klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

27 yaşlı oyunçunun transfer qiyməti 60 milyon avrodur.

Qeyd edək ki, Lukmanın klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.