Lukman İstanbul nəhənginə keçmək niyyətindədir
"Atalanta"nın nigeryalı hücumçusu Ademula Lukman "Fənərbağça"ya transfer olmağı hədəfləyir.
Sportline.az xəbər verir ki, bu haqda Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.
28 yaşlı forvardın transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, A.Lukman bu mövsüm meydana çıxdığı 16 matçda 3 qol, 1 asistlə yadda qalıb.