Macarıstan klubunun futbolçusu Premyer Liqada çıxış edə bilər
"Ferenstvaroş" klubunun yarımmüdafiəçisi Aleks Tott karyerasını "Bornmut"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda ""Team Talk" nəşri məlumat yayıb.
20 yaşlı futbolçunun transfer qiyməti 10 milyon avrodur.
Qeyd edək ki, A.Tott cari mövsüm meydana çıxdığı 25 matçda 2 qol, 5 asistlə yadda qalıb.