Mahir Emreli "Legiya"nın ən yaxşısıdır
Polşanın "Legiya" klubunun futbolçularının 2020/2021 mövsümündə indiyədək göstərdikləri nəticələr açıqlanıb.
Sportine.az xəbər verir ki, bu barədə "Legionisci" nəşri araşdırma aparıb.
Millimizin hücumçusu Mahir Emreli 6 qol, 1 məhsuldar ötürmə ilə komandasna ən çox xeyir verən oyunçudur. 24 yaşlı forvard 12 oyunda 710 dəqiqə meydanda olub.
Varşava təmsilçisi keçirdiyi 13 matçın 7-də qalib gəlib, 3-də məğlub olub, 3-də isə heç-heçə edib. Ölkə çempionu bu görüşlərdə 18 qol vurub və 13 top buraxıb.