Mahir Emrelidən Allahverdi Bağırov paylaşımı

Bu gün Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırovun şəhid olmasından 28 il ötür.

Sportline.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Mahir Emreli bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib. O, “Nurlar içində yat, Böyük kapitan!” yazaraq uzun illər komandanın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovun xatirəsini yad edib. Millimizin hücumçu üzərində Allahverdi Bağırovun rəsmi və "Sənin məzarın bizim qəlbimizdədir" yazısı olan köynəklə şəklini də paylaşıb.

Qeyd edək ki, A.Bağırov 1992-ci ilin iyunun 14-də Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında şəhid olub.