Mahir Emreliyə xüsusi mükafat

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ”a kubok təqdim olunma mərasimində Ağdam klubunun hücumçusu Mahir Emreli də ayrıca mükafalandırılıb.

Sportline.az xəbər verir ki, millimizin hücumçusu mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib olub.

Xatırladaq ki, koronavirusa görə yarımçıq başa vurulan Premyer Liqamızda Mahir Emrelidən başqa Stiven Monroz ("Neftçi"), Peyman Babayi ("Sumqayıt") və Baqali Dabo ("Neftçi") da bombardir elan edilib. Hər 4 futbolçunun aktivində 7 qol var.