Mak Allisterin "Real Madrid"ə keçidi gündəmdədir
"Real Madrid"in transfer siyahısında argentinalı yarımmüdafiəçi Aleksis Mak Allisterdə yer alır.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
27 yaşlı futbolçunun Mersisayd təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, A.Mak Allister cari mövsüm meydana çıxdığı 50 matçda 5 qol, 5 asistlə yadda qalıb.