Makqreqor "Kovboy"un öhdəsindən 40 saniyəyə gəldi

Sabiq UFC çempionu Konor Makqreqor  ABŞ-ın Las-Veqas şəhərində titul döyüşü olmayan UFC-246 çərçivəsində Donald Serrone ilə döyüşə çıxıb.

Sportline.az xəbər verir ki, irlandiyalı döyüşçü rəqibini birinci raundda qalib gəlib. Konor Serroneni 40 saniyəyə nokaut edib.

Qeyd edək ki, Konor bu döyüşdən təqribən 5 milyon dollar, onun rəqibi isə 2 milyon dollar qazanıb.