Maksi Arauxo İngiltərə klublarının radarındadır

"Sportinq"in futbolçusu Maksi Arauxo İngiltərə klublarının transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, "Çelsi", "Tottenhem" və "Mançester Yunayted" 26 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "A Bola" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Arauxo cari mövsüm meydana çıxdığı 45 matçda 7 qol, 5 asistlə yadda qalıb.