Mançester klublarının hədəfi birdir
"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson yayda komandasını dəyişə bilər.
Sportline.az "Mail Sport" nəşri məlumat yayıb.
23 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 34 matçda 1 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, E.Andersonun dəyəri 60 milyon avrodur.
"Mançester Yunayted" və "Mançester Siti" sözügedən futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.