Mançester şəhəri mavi rəngə büründü
Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan "Mançester derbisi"ndə "Mançester Siti" öz rəqibi "Mançester Yunayted" üzərində 3:0 hesablı qələbə qazanıb.
Sportline.az xəbər verir ki, zəif çıxışla mövsümə başlayan hər iki komandanın qarşılaşmasında üstün tərəf “şəhərlilər” olub. "Mançester Siti"nin qollarını Fil Foden və Erlinq Haaland (2) vurublar.
"Mançester Yunayted"in qapısını türkiyəli qolkiper Altay Bayındır qoruyub. O, matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Bu nəticə ilə "Mançester Siti" mövsümdə ikinci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib. "Mançester Yunayted" isə 4 xalda qalıb.