"Mançester Siti" 3 futbolçusu ilə yollarını ayıra bilər

"Mançester Siti" yanvar ayında 3 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu oyunçular Savinyo, Oskar Bobb və Riko Luyisdir.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, rəhbərlik yaxşı təklif gələcəyi halda bu 3 futbolçunun klubdan getməsinə icazə verəcək.