"Mançester Siti" bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır
"Lans"ın özbəkistanlı futbolçusu Abdukodir Xusanov karyerasını "Mançester Siti"də davam etdirməyə yaxındır.
Sportline.az insayder Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" bu keçid üçün Fransa klubuna 50 milyon avro ödəməyə hazırdır.
İngiltərə klubu yaxın günlərdə A.Xusanov üçün "Lans"a rəsmi təklif göndərəcək.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi bu mövsüm çıxış etdiyi 16 matçda 1 asistlə yadda qalıb.
Abdukodir Xusanovun "Lans"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.