“Mançester Siti” bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır

“Ayntraxt”ın misirli futbolçusu Omar Marmuş mövsümün sonunda klubu tərk edə bilər.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Mançester Siti” Omar Marmuş üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

“Ayntraxt”ın rəhbərliyi bu təklifi dəyərləndirəcək.

Qeyd edək ki, Marmuş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 19 qol və 12 asistlə yadda qalıb.