"Mançester Siti" - "Çelsi": Heyətlərdəki son durum

İngiltərə Premyer Liqasında bu gün 23-cü tura start veriləcək.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçı "Etihad Stadium"da olacaq. "Mançester Siti" "Çelsi" ilə münasibətləri aydınlaşdıracaq.

"Mançester Siti"də əsas itki Natan Ake, Rodri, Ruben Diaş və Oskar Bobbun adı ilə bağlıdır.

"Çelsi"də isə Benua Badiaşili və Vesli Fofana baş məşqçi Enzo Mareskanın sərəncamında olmayacaq.

Oyunun ədalət təmsilçisi Con Bruks olacaq.

Qeyd edək ki, "Mançester Siti" - "Çelsi" matçı bu gün saat 21:30-da başlanacaq.