“Mançester Siti” çempionluq yolunda büdrədi

İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub. 

Sportline.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” səfərdə “Everton”un qonağı olub. 

İlk hissədən sonra hesabda öndə olmasına baxmayaraq, Mançester təmsilçisi qələbəni əldən verib. 

“Everton” - “Mançester Siti” - 3:3
Qollar: Doku, 43 (0:1), Berri, 68 (1:1), O`Brayn, 73 (2:1), Berri, 81 (3:1), Haaland, 83 (3:2), Doku, 90+7 (3:3)

Bununla da, “Mançester Siti” vacib iki xal itirib. Hazırda Xosep Qvardiolanın komandası 71 xalla ikinci pillədə qərarlaşıb. “Siti” lider “Arsenal”dan 5 xal geri qalsa da, bir oyun az keçirib. “Everton” isə 48 xalla turnir cədvəlində 10-cudur.