"Mançester Siti" Çuameniyə elçi düşdü
"Real Madrid"in yarımmüdafiəçisi Orelyan Çuameni yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Mançester Siti" 26 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda "El Nacional" nəşri məlumat yayıb.
Qeyd edək ki, Fransa millisinin üzvünün transfer qiyməti 80 milyon avrodur.